ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə seçim turları yekunlaşıb
17 IYUN 2025 - 18:00

“Xəzər” İntellektual Gənclər Klubu İctimai Birliyi "Azərbaycan Kuboku" layihəsinin icrasını davam etdirir.

2025-ci il 4-7 iyun tarixlərində layihə çərçivəsində seçim turları keçirilib.

İctimai Birliyin sədri Azad Manaflı bildirib ki, layihənin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafına töhfə vermək, gənclərin asudə vaxtının səmərəli təşkilini təmin etmək, regionlarda intellektual potensialı gücləndirmək və gəncləri zərərli vərdişlərdən uzaq tutmaqdır.

Seçim turları Quba, Şəki, Gəncə, Naxçıvan və Bakı şəhərlərində keçirilib. Turnirin nəticələrinə əsasən, final mərhələsində Bakıdan 14 komanda, Quba və Naxçıvan şəhərlərinin hər birindən isə bir komanda olmaqla, ümumilikdə 16 komanda yarışacaq.

Layihənin final mərhələsi iyunun 29-da Bakı şəhərində keçiriləcək.

Qaliblər kubok, diplomlarla yanaşı, hədiyyələrlə də mükafatlandırılacaq.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl