ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib
13 IYUN 2025 - 17:00

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsinin icrasını davam etdirir. 2025-ci il 19 may-13 iyun tarixlərində layihə çərçivəsində Bakı şəhərinin Nizami rayonunun gəncləri üçün təlimlər keçirilib. Gənclərə informasiya təhlükəsizliyi, sosial media, SMM bacarıqları, saytlardan istifadə, admin panelin idarə olunmasının, bir sıra proqramlardan istifadənin nəzəri və praktik tərəfləri, video-dizayn, montaj barədə biliklərin verilməsi istiqamətində 12 təlim keçirilib.

Təlimlər zamanı interaktiv söhbətlər, praktik məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər keçirilib.

Layihənin sonunda gənclərin praktiki biliklərinin tətbiqi üçün sınaq imtahanın keçirilməsi və müvafiq mükafatlandırma tədbirinin təşkili nəzərdə tutulur. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl