ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Əlilliyi olan şəxslər üçün sosial dəyişiklik – İnklüziv Forum Teatr” mövzusunda sessiyalar təşkil olunub
13 IYUN 2025 - 13:00

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi “Əlilliyi olan şəxslər üçün sosial dəyişiklik – İnklüziv Forum Teatr” layihəsinin icrasını davam etdirir. 2025-ci il 10-11 iyun tarixlərində layihə çərçivəsində Bakı şəhərində yerləşən Alı Mustafayev adına 202 və Zakir Yusifov adına 194 saylı tam orta məktəblərdə sessiyalar təşkil olunub.

İctimai Birliyin sədri Gülnarə Pənahova bildirib ki, layihənin məqsədi forum teatrı vasitəsilə əlilliyi olan və olmayan gənclərin iştirakçılığını artırmaq, inklüziv cəmiyyətin inkişafına töhfə verməkdir. Sessiyalarda yeniyetmələr və gənclər arasında inklüzivlik dəyərlərinin təşviqi, əlilliyi olan şəxslərin sosial həyatda üzləşdiyi çətinliklərin dərk olunması və bu maneələrin aradan qaldırılması yolları birgə müzakirə olunub.

Təlimlər zamanı məktəb şagirdləri kiçik qruplara bölünərək problemlərin aradan qaldırılması üçün yaradıcı və praktik təkliflər irəli sürüblər.

Layihə çərçivəsində Forum Teatr təlimləri də təşkil ediləcək, yaddaş kitabçası hazırlanacaq.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl