ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Şuşada şəhid övladları üçün yay düşərgəsi təşkil edilib
13 IYUN 2025 - 12:30

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Quba, Qusar və Xaçmaz rayonlarında şəhid ailələri ilə iş” layihəsinin icrasını davam etdirir. 2025-ci il iyunun 9-dan 11-dək layihə çərçivəsində şəhid övladları üçün Şuşada yay düşərgəsi təşkil olunub.

İctimai Birliyin sədri Tünzalə Əbduləlimova bildirib ki, layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və döyüşlərdə yaralanmış veteranların ailələrinin asudə vaxtlarını səmərəli keçirmək imkanı yaratmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və vətənpərvərlik ruhunu gücləndirməkdir.

Düşərgədə Quba, Qusar və Xaçmaz rayonlarından olan şəhid ailələrinin övladları iştirak edib. İştirakçılar Şuşa ilə tanış olub, tarixi və mədəniyyət abidələrini ziyarət ediblər. Həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl