Şamaxıda astro-düşərgə təşkil edilib
“Həvəskar Astranomlar Cəmiyyəti” İctimai Birliyi “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsinin icrasını davam etdirir.
2025-ci il avqustun 2-3 tarixlərində layihə çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında bir gecəlik astro-düşərgə təşkil olunub.
İctimai Birliyin sədri Faiq Nağıyev bildirib ki, layihənin məqsədi astronomiya elminə marağın artırılması, elmi biliklərin kütləviləşdirilməsi və cəmiyyətin astronomiya ilə canlı təmasda olması baxımından əhəmiyyətli platforma yaratmaqdır.
Düşərgə zamanı rəsədxananın muzeyinə ekskursiya təşkil olunub, iştirakçılar kainatın öyrənilməsi tarixini əks etdirən ekspozisiyalarla tanış olublar.
Daha sonra “Teleskoplardan istifadə və səma müşahidələrinin əsasları”, “Peşəkar astrofotoqrafiya – texnika və proseslərin əsas mərhələləri”, “Mobil telefonlarla astrofoto çəkmə üsulları və praktiki tətbiq” mövzularında ustad dərsləri keçirilib.
Həmçinin, astronomiya ilə bağlı intellektual oyunlar keçirilib, gecə boyu səma müşahidələri aparılıb, müxtəlif səma cisimləri haqqında müzakirələr, elmi diskussiyalar təşkil olunub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.














