ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2026-cı il qrant müsabiqələrinə dair infosessiyalara başlanılıb
17 SENTYABR 2025 - 22:00

2025-ci il sentyabrın 17-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələrinə dair infosessiya keçirilib.

Toplantıya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

200-ə yaxın QHT-dən təmsilçilərin qatıldığı görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və digər məsul şəxslər iştirak edib.

İnfosessiyada qrant müsabiqələrinə dair suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.

İnfosessiya sabah QHT-lərin növbəti hissəsi ilə davam edəcək.

Foto: İlkin Həmidov

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl