“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” Cenevrədə Azərbaycanda kasetli sursatlar probleminə dair məsələ qaldırıb
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsinin icrasını davam etdirir.
2025-ci il 15-18 sentyabr tarixlərində İctimai Birliyin sədri Hafiz Səfixanov Cenevrə şəhərində “Kasetli silahlara dair Konvensiya”ya Üzv Dövlətlərin 13-cü İllik Konfransında iştirak edib. Layihə çərçivəsində bir sıra ölkələrin rəsmi nümayəndələri, eyni zamanda konfransda iştirak edən beynəlxalq təşkilatlarının rəsmi nümayəndələri ilə - “Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya”nın direktoru və onun müavini, “Cluster Monitor Report” layihəsinin rəhbəri və redaktoru, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi, BMT-nin Mina Fəaliyyəti Xidmətinin direktoru, “Mine Action Reviwe” layihəsinin rəhbəri, Kasetli silahlara dair Konvensiyanın İcrasına Nəzarət Birliyi, Minalar Əleyhinə Konvensiyanın İcrasına Nəzarət Birliyinin direktoru ilə görüşlər keçirilib.
Görüşlərdə İctimai Birlik tərəfindən layihə çərçivəsində hazırlanan “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” adlı hesabat təqdim edilib, bu barədə məlumat verilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.





