ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qarabağ səmasında ilk dəfə açıq kosmik müşahidə aparılıb
20 OKTYABR 2025 - 12:00

2025-ci il oktyabrın 19-da Xankəndidə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun iştirakçıları teleskoplarla kosmosu müşahidə edib. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi və “Tusi-Bohm Planetarium”un xətti ilə təşkil olunan astronomik müşahidədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nümayəndələri iştirakçılara müvafiq izahlar verib.  
Xankəndinin mərkəzi meydanında quraşdırılmış teleskoplar vasitəsilə Günəş sisteminin ən möhtəşəm planetlərindən biri sayılan Saturn nümayiş etdirilib.
Saturn — halqaları ilə tanınan, bənzərsiz gözəlliyə malik planet kimi “Günəş sisteminin incisi” adlandırılır. Bu, Qarabağ səmasında həyata keçirilən ilk açıq kosmik müşahidə kimi tarixə düşüb.
Forum iştirakçılarına astronomiyanın əsas prinsipləri, kainatın quruluşu və planetlərin xüsusiyyətləri barədə məlumat verilib.
Astronomik müşahidə böyük maraqla qarşılanıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl