Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bədii hissə ilə başa çatıb
2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumuna konsert proqramı ilə yekun vurulub. Bədii hissədə Xalq artisti Mübariz Tağıyev, Əməkdar artistlər – Ramil Qasımov, Samirə Əliyeva, Ehtiram Hüseynov, gənc ifaçı İlkin Dövlətov mahnılar ifa edib, rəqs kollektivləri çıxış edib. Yekunda forum iştirakçıları birlikdə yallı rəqsi edib.




















