ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Apellyasiya Komissiyasına müraciət müddəti 10 gündür
12 MART 2026 - 16:45

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin, eləcə də Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan etdiyi müsabiqələrin nəticələrindən şikayəti olan QHT-lər Agentliyin Apellyasiya Komissiyasına 10 gün müddətində müraciət edə bilər. Apellyasiya Komissiyasına müraciət martın 21-i saat 23:59-a qədər Agentliyin e-poçt ünvanı - office@ngoagency.gov.az vasitəsilə qəbul olunacaq. Komissiya müraciəti araşdırdıqdan sonra QHT ilə əlaqə saxlanılacaq.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl