ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qars Təhsil və Mədəniyyət Fondunun nümayəndə heyəti QHT Agentliyində olub
06 APREL 2026 - 12:00

2026-cı il aprelin 3-də Türkiyənin Qars Təhsil və Mədəniyyət Fondunun nümayəndə heyəti QHT Agentliyində olub, tanışlıq görüşü keçirilib. Fondun İdarə Heyətinin sədri Kamil Saduz təşkilat barəsində ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının fəal üzvü olduğunu qeyd edib, Platformanın Naxçıvanda ötən il keçirilmiş təsis konfransını məmnunluqla xatırlayıb.

QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva türk dünyasının ümumi ailəmiz olduğunu vurğulayaraq, bu istiqamətdə Azərbaycanda QHT xətti üzrə görülən işlərdən bəhs edib.

Görüşdə əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl